birinci addımı etmək (söhbəti başlamaq, sözü açmaq)

to start the ball rolling сделать первый шаг, заводить разговор, начать говорить первым
biri o birinə can deyib, can eşidirlər
birinci il ərdə deyil
OBASTAN VİKİ
Yenidən başlamaq
Kompüter elmlərində yenidən yükləmək (ing. restart, ing. Reboot) — kompüter sistemini təzədən başlama vəziyyətinə gətirmək deməkdir. Adətən kompüterə yeni proqram quraşdırdıqdan sonra və ya kompüterin sistemində hər hansı səhv baş verdikdə həyata keçirilir.
Atalar sözü
Atalar sözü — atalarımızın yaratdığı və əsrlərdən bəri özünə həyat düsturu etdiyi hikmətli və möcuz sözlərdir. Mövzu müxtəlifliyi ilə yanaşı bitmiş fikir, ümumiləşdirmə və nəticə atalar sözlərinə xas olan cəhətlərdir. Atalar sözləri xalqın həyatda sınanmış, müdrik və nəsihətli fikirlərindən ibarət olur və böyük əxlaqi-tərbiyəvi əhəmiyyət daşıyır. Əsas xüsusiyyəti həcmcə kiçikliyi, lakin mənaca hikmətli və nəsihətli olmasıdır. Atalar sözləri bitkin fikir ifadə edir, həm həqiqi, həm də məcazi mənada işlənir. Həqiqi mənada işlənənlər: "Doğru söz acı olar", "İş insanın cövhəridir", "Yaxşı dost qardaşdan irəlidir", "Çıxan can geri qayıtmaz". Məcazi mənada işlənənlər: "Buynuzsuz qoçun qisası buynuzlu qoçda qalmaz", "İlanın ağına da lənət, qarasına da", "İslanmışın yağışdan nə qorxusu", "Ağacı qurd içindən yeyər", "Qudurmuş köpəyin ömrü qırx gündür" və s. Atalar sözlərindən yazılı ədəbiyyatda da geniş şəkildə istifadə olunur. Abbas Səhhətin "Yoxsulluq eyib deyil", Nəcəf bəy Vəzirovun "Daldan atılan daş topuğa dəyər", "Yağışdan çıxdıq, yağmura düşdük", "Sonrakı peşmançılıq fayda verməz", Əbdürrəhim bəy Haqverdiyevin "Yeyərsən qaz ətini, görərsən ləzzətini" əsərlərinin adları şifahi xalq ədəbiyyatından götürülmüşdür. Tapmaca kimi bu janr da həm nəzmlə, həm də nəsrlə olur.
Kişi sözü
Kişi sözü (film, 1987)
Müdafiə etmək
Vəkillik və ya müdafiə etmək bir və ya bir neçə məqsədə çatmaq üçün, özünün, başqa bir şəxsin və ya bir qrup şəxsin adından çıxış etmək, nümayəndəsi olmaq, hərəkət etmək, müəyyən məqsəd(lər)ə nail olmaq və ya müdafiə etmək üçün həyata keçirilən bütün işlərə aiddir. Bu kontekstdə qərar qəbul etmə proseslərinə təsir göstərməyi hədəfləyən vəkillik anlayışı lobbiçilik anlayışını da əhatə edir, lakin ən düzgün mənada lobbiçilikdən çox daha geniş anlayış sərhədlərinə malikdir. Vəkillik ümumiyyətlə siyasətlə əlaqəli anlayış olsa da, onun təkcə siyasi deyil, həm də iqtisadi, sosial və hətta diplomatik nəticələri də ola bilməkdədir. Bir şəxsin özünün fikir və düşüncə azadlığı ilə bağlı olub, bütün həyati məsələlərində müdafiə sistemini inkişaf etdirməsinə də vəkillik deyilə bilər. Hətta məhkəmələrdə də bunu əks istiqamətdə edən, yəni həqiqəti əks etdirməyən müdafiələr mövcuddur. Vəkillik ümumiyyətlə birbaşa nəzarət-tarazlıq mexanizmləri arasında sayılmasa da, əslində vətəndaş cəmiyyətinin dövlətə nəzarətinə verdiyi töhfələrinə görə bu sistemdə mühüm yer tutmuş hesab edilə bilər. Eynilə, bu mövzuya hakimiyyət bölgüsü nöqteyi-nəzərindən baxıldıqda, müntəzəm olaraq gündəmə gətirilən səlahiyyətlər arasındakı nəzarət-tarazlıq mexanizmlərinə oxşar bir fəaliyyət ilə vətəndaş cəmiyyətinin üç əsas səlahiyyətli orqanı olan qanunverici, icraedici və məhkəmə hakimiyyəti orqanları üzərində dövlətin varlığının səbəbi olan fərdin nəzarətini gücləndirməyə imkan verir. Bu mənada vəkillik, vətəndaş cəmiyyətini gücləndirərək demokratiyanın daha yaxşı bir formada həyata keçirilməsinə mühüm töhfələr verir.
Gecə Söhbəti (1971)
Ana sözü (qəzet)
"Ana sözü" (qaq. Ana Sözü) — Moldovada qaqauz dilində nəşr olunan ilk qəzet. İlk qaqauz qəzeti olan "Ana sözü" Todur Zanetin əməyi sayəsində işıq üzü görmüşdür. Qəzetin ilk nömrəsi 14 avqust 1988-ci ildə çap olunmuşdur. Bundan sonra Todur Zanet 1988-1994-cü illərdə bu qəzeti çıxarmışdır. O, 1999-cu ildən bu günədək qəzetin baş redaktorudur. Qaqauziyada latın qrafikasına keçmək sahəsində ilk addımlar atılarkən, əvvəlcə "Ana sözü"nün səhifələrində alışdırma yazıları verilib, 1993-cu ilin sentyabr ayının 25-dən etibarən isə qəzet bütünlüklə latın qrafikasında çıxarmağa başlamışdır.
Kişi Sözü (1987)
Kişi sözü — rejissor Cahangir Mehdiyevin filmi. Ömrü kişi kimi yaşamaq, öz sözünün ağası olmaq asandırmı? Adam həyatda öz yerini necə tapmalıdır? Film bu suallara cavab verir. Müasir Azərbaycan kəndindən bəhs edən kinolentdə namus, ləyaqət və şan-şöhrət kimi məsələlərə toxunulur. Hər bir valideyn üçün cəmiyyətdə yerini tapan, öz mənliyini təsdiq edən övlad böyütmək əsl səadətdir. Lakin həyatın özünəməxsus qanunları var. Məhz buna görə bəzən həyat hər kəsin arzuladığı kimi olmur. Filmin qəhrəmanı Qasım (Əjdər Həmidov) üçün də həyat sınaq məktəbinə çevrilir... Film aktyor Əjdər Həmidovun kinoda ilk işidir.
Müəllim sözü (qəzet)
"Müəllim sözü" (qəzet) — ziyalıları və ziyalılığı təbliğ edən qəzet. “Müəllim sözü” qəzeti 2010-cu ilin oktyabr ayında təsis olunub. Qəzetin ilk sayı 2011-ci ilin mart ayında işıq üzü görüb. Qəzet səkkiz səhifədən ibarətdir və ayda bir dəfə nəşr olunur. Qəzetin təsisçisi və baş redaktoru yazıçı-jurnalist Vahid Aslandır. “Müəllim sözü” qəzetinin əsas məramı və fəaliyyət istiqaməti ziyalıların və ziyalılığın təbliğidir. Qəzet həmçinin Azərbaycan müəllimi üçün sərbəst tribuna funksiyasını daşıyır. Eyni zamanda təhsil sahəsindəki problemlərə və qazanılan uğurlara geniş yer verilir. Vaxtaşırı “Müəllim sözü” qəzetinin səhifələrində dünya təhsilində baş verən yeniliklərə xüsusi yer ayrılır. Qəzetin uğurlu fəaliyyətinə daim mənəvi dəstək vermək üçün qəzetin redaksiya şurasında ölkənin ən tanınmış ziyalıları yer almışlar.
“Müəllim sözü” qəzeti
"Müəllim sözü" (qəzet) — ziyalıları və ziyalılığı təbliğ edən qəzet. “Müəllim sözü” qəzeti 2010-cu ilin oktyabr ayında təsis olunub. Qəzetin ilk sayı 2011-ci ilin mart ayında işıq üzü görüb. Qəzet səkkiz səhifədən ibarətdir və ayda bir dəfə nəşr olunur. Qəzetin təsisçisi və baş redaktoru yazıçı-jurnalist Vahid Aslandır. “Müəllim sözü” qəzetinin əsas məramı və fəaliyyət istiqaməti ziyalıların və ziyalılığın təbliğidir. Qəzet həmçinin Azərbaycan müəllimi üçün sərbəst tribuna funksiyasını daşıyır. Eyni zamanda təhsil sahəsindəki problemlərə və qazanılan uğurlara geniş yer verilir. Vaxtaşırı “Müəllim sözü” qəzetinin səhifələrində dünya təhsilində baş verən yeniliklərə xüsusi yer ayrılır. Qəzetin uğurlu fəaliyyətinə daim mənəvi dəstək vermək üçün qəzetin redaksiya şurasında ölkənin ən tanınmış ziyalıları yer almışlar.
Annanı kəşf etmək
Annanı kəşf etmək — Anna Sorokinin həyatından bəhs edən və Cessika Presslerin Nyu-York jurnalında dərc olunan və "Anna Delvi Nyu Yorkun əyləncə dünyasının insanlarını necə aldatdı" adlı məqaləsindən ilhamlanaraq Şonda Rayms tərəfindən istehsal olunmuş dram janrında Amerikan miniserialıdır.Serial 11 fevral 2022-ci ildə Netflix -də yayımlanıb. Anna Sorokin rolunu Culiya Qarner canlandırır.Serial, tamaşaçılar və tənqidçilərdən əsasən müsbət rəylər aldı, xüsusilə Culiya Qarnerin aktyorluğu bəyənilib.
Əmanətə xəyanət etmək
Əlidən nəql olunur ki, əmanətdarlıq imanın üstünlüyünün göstəricisidir və əmanəti istənilən halda sahibinə qaytarmaq vacibdir: "İmanın ən üstünü əmanətdarlıq, ən pis xislət isə xəyanətkarlıqdır." "Sənə etibar edib əmanət tapşıran şəxsə xəyanət etmə, hətta o sənə xəyanət etmiş olsa belə.Onun sirrini faş etmə, hətta əgər o sənin sirrini faş etmiş olsa belə." Peyğəmbər (s) əmanətə xəyanət edənin onun ümmətindən olmadığı qeyd edir: "Əmanəti əhəmiyyətsiz sayaraq bu səbəbdən onu zay edən kəs bizdən deyil." İslam peyğəmbəri (s) həmçinin etibarsız şəxsə əmanət tapşırılmamasını tövsiyə edir: "Allah etibarsız şəxsə əmanət tapşıran kəsin zamini deyil.
Gecə söhbəti (film, 1971)
Nuşirəvan və bayquşların söhbəti
Adil Nuşirəvan ilə vəzirin hekayəti və ya bilinən qısa adı ilə Nuşirəvan və bayquşların söhbəti — 1174-1175-ci illərdə Nizami Gəncəvi tərəfindən qələmə alınan "Sirlər Xəzinəsi" poemasının ikinci hekayəsidir. Hekayənin poetik tərcüməsi Azərbaycan şairi Süleyman Rüstəm tərəfindən olunmuşdur. "Nuşirəvanla vəziri və bayquşların söhbəti" hekayəsi romantik planda verilsə də həyatın eybəcərliklərini çox doğru əks etdirir. Nuşirəvan islamdan öncə yaşamış Sasani hökmdarı olsa da təsvir olunan həyat Nizami dövrünün həyatıdır. Nuşirəvanın ov zamanı qarşılaşdığı mənzərə XII əsrin mənzərəsidir.Şair ədalətsizliyin, qətl-qarətin həddini aşdığını göstərmək üçün maraqlı priyom işlətmişdir. Nuşirəvan bir gün ordusu ilə ova çıxır. Bir az keçdikdən sonra vəziri ilə ordudan ayrılaraq ikisi birgə ov etməyə gedirlər. Şah vəziri ilə tək qalmağı istiyir, çünki ölkənin vəziyyətini daha rahat maraqlana bilsin. Gəzərkən uzaqdan bir xaraba kənd görürlər və həmin kəndə doğru yollanırlar. Bütün evlər dağılıb, həyatdan əsər-əlamət yox idi.
Oktyabrın Qələbə Addımı ilə (1974)
Film Azərbaycanda Oktyabr inqilabının ildönümünün bayram edilməsindən danışır. Rejissor: Zeynəb Kazımova Ssenari müəllifi: Zeynəb Kazımova Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.
Kişi sözü (film, 1987)
Kişi sözü — rejissor Cahangir Mehdiyevin filmi. Ömrü kişi kimi yaşamaq, öz sözünün ağası olmaq asandırmı? Adam həyatda öz yerini necə tapmalıdır? Film bu suallara cavab verir. Müasir Azərbaycan kəndindən bəhs edən kinolentdə namus, ləyaqət və şan-şöhrət kimi məsələlərə toxunulur. Hər bir valideyn üçün cəmiyyətdə yerini tapan, öz mənliyini təsdiq edən övlad böyütmək əsl səadətdir. Lakin həyatın özünəməxsus qanunları var. Məhz buna görə bəzən həyat hər kəsin arzuladığı kimi olmur. Filmin qəhrəmanı Qasım (Əjdər Həmidov) üçün də həyat sınaq məktəbinə çevrilir... Film aktyor Əjdər Həmidovun kinoda ilk işidir.
Kişi sözü (teleserial, 2016)
Kişi sözü — 2016-2017-ci illərdə Azad Azərbaycan TV-də yayımlanmış romantik komediya janrlı Azərbaycan teleserialı. 13 seriya yayımlandıqdan sonra 14 yanvar 2017 tarixində fəaliyyətini dayandırmışdır. Əjdər (Əjdər Həmidov) və Elnur (Elnur Hüseynov) uzaq vaxtlardan dostdurlar, həmçinin, onlar övladları Nurlana (Nurlana Cəfərova) və Cavidi (Cavid Gül) göbəkkəsdi edirlər. Lakin Nurlana İslamla (İslam Mehrəliyev), Cavid isə Aydanla (Aydan Axundova) evlənmək istəyir. Buna baxmayaraq, sonuncu 13-cü seriyada Nurlana ilə Cavid, İslamla Aydan evlənir.
Erməni soyqırımı. Türkün sözü
Müəllif: Qənirə Paşayeva Operator: Musa Qulammirzəyev Montaj: Murad Zeynalov Dizayn: Murad Zeynalov Səs: Abd.
Səhv etmək insana xasdır
Errare humanum est (azərb. Səhv etmək insana xasdır‎) — latınca bir ifadənin ön hissəsi. İfadə o qədər məşhurdur ki, tam söynəlilməsinə ehtiyac duyulmur, yalnız cümlənin ilk hissəsi deyilməklə fikir aydın olur. İfadə tam şəkildə belədir: lat. "Errare (Errasse) humanum est, sed in errare (errore) perseverare diabolicum." Tərcüməsi: azərb.
Sıravi Rayanı xilas etmək
"Sıravi Rayanı xilas etməli" 1998-ci il amerikan filmi. Ən yaxşı kinodrama görə 1999-cu ildə Qızıl Qlobus mükafatını almışdır.
Oktyabrın qələbə addımı ilə (film, 1974)
Film Azərbaycanda Oktyabr inqilabının ildönümünün bayram edilməsindən danışır. Rejissor: Zeynəb Kazımova Ssenari müəllifi: Zeynəb Kazımova Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.
Birinci Muğanlı
Birinci Muğanlı —Azərbaycan Respublikasının Zəngilan rayonunun Gilətağ kənd inzibati-ərazi dairəsində (dairənin mərkəzi Böyük Gilətağ kəndi) kənd. == Tarixi == Azərbaycan Respublikasının ərazisində Muğan adı ilə bağlı 18 yaşayış məntəqəsi mövcuddur. Ağcabədi rayonu, Ağdam rayonu, Ağstafa rayonu, Bərdə rayonu, Xocavənd rayonu, Kürdəmir rayonu, Qubadlı rayonu, Şamaxı rayonu, Şərur rayonu, Zaqatala rayonu və digər ərazilərdə olan yaşayış məntəqələri buna misal ola bilər. Yaşayış məntəqələri Cənubi Azərbaycanın Muğanlı kəndindən köçüb gəlmiş mollahəsənli, mehdili və cabbarlı nəsillərinə mənsub ailələr tərəfindən salınmışdır. Oykonim türkdilli Azərbaycan tayfası olan muğanlıların adı ilə bağlıdır.Muğanlı tayfa adı XVI əsrin əvvəllərindən məlumdur. Sonralar mənbələrdə şahsevənlərin tərkibində müstəqil tayfa kimi qeydə alınmış muğanlılar XIX əsrin əvvələrində 8 tirədən ibarət olmuşlar. Tayfa Muğan düzündə yaşadığına görə həmin düzün adı ilə adlandırılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Seval Birinci
Birinci aliya
İlk aliya — yəhudi xalqının 1882-ci ildə ildə baş verən yəhudi talanları və Sionizmlə əlaqədar olaraq İsrail ölkəsinə müasir köçünün ilk böyük dalğasıdır. Bu köç həm də Rusiya imperatorluğunu əhatə edən yəhudi talanları ilə əlaqələndirilir. Aliya - İlk köç 1882-ci ildən 1903-cü ilə qədər olan dövrdə baş vermişdir. 1882-1903-cü illərdə təqribən 35 min yəhudi həmin vaxtlar Osmanlı İmperiyasının vilayətinə çevrilmiş Fələstin torpaqlarına köç etdi . Onların əksər hissəsi ilkin Sionist Hovevei Sion ( Sion Aşıqları ) və Bilu ( Bilu ) hərəkatlarına mənsub və Şərqi Avropadan (əsasən Rusiya İmperiyasından, müasir Polşa, Belarusiya və Ukraynadan ) gəlmişlər; bir hissəsi isə Yəməndən köç etmişlər. Gəlmələrin əksəriyyəti dindar yəhudilər idi. Gəlmələr maliyyə çatışmazlığı, sərt təbii şərait, müvafiq kənd təsərrüfatı təcrübəsinin olmaması səbəbindən xəstəlik, aclıq və bu kimi böyük çətinliklərlə üzləşirdilər . Bu çətinliklərin öhdəsindən gəlməkdə Baron Edmond de Rotşild mühüm rol oynamışdır. O, yaradılmış bir neçə yaşayış məntəqəsini qanadının altına almış və mütəxəssisləri də cəlb edərək köçkünlərə güzəştli kreditlərlə köməklik göstərmişdir. Repatriantların çox hissəsi şəhərlərdə, əsasən də Qüds və Tel-Əvivdə məskunlaşmışdı.
Birinci qisasçı
Birinci qisasçı və ya orijinal adı ilə Kapitan Amerika: Birinci qisasçı (ing. Captain America: The First Avenger) — Marvel Studios tərəfindən istehsal olunmuş, Kapitan Amerika adlı Marvel Comics personajının komikslərinə əsaslanan 2011-ci il ABŞ superqəhrəmanlıq filmi. Marvel Kinematoqrafiya Kainatının 5-ci filmidir. Co Constonun rejissorluğu, Kristofer Markus və Stefan Makfilinin ssenaristlikləri ilə çəkilən filmin əsas rollarında Kris Evans, Tommi Li Cons, Hüqo Uivinq, Heyli Etvell, Sebastian Sten, Dominik Kuper, Nil Makdonaf, Derek Lyuk və Stenli Tuççi çıxış edirlər. Hadisələrin İkinci dünya müharibəsi illərində cərəyan etdiyi film Stiv Rocers adlı bruklinli zəif gəncin Kapitan Amerika adlı superəsgərə çevrilməsindən və dünyanı ələ keçirmək üçün "Tesserakt" adlı enerji mənbəyi artifaktından istifadə etmək istəyən Qırmızı kəlləni dayandırmaq cəhdlərindən bəhs edir. Filmin konsepsiya layihəsi 1997-ci ildə ortaya çıxmışdır və Atisan Entertainment şirkətinin distribütorliyi ilə çəkilməsi planlaşdırılırdı. Lakin 2003-cü ilin sentyabrına kimi həll edilməmiş bir məhkəmə prosesi layihənin gedişatına mane olmuşdur. 2005-ci ildə Marvel Studios Merrill Lynch-dən kredit almış, Paramount Pictures-in distribütorliyi ilə filmi maliyyələşdirməyi və buraxmağı planlaşdırmışdır. Rejissorlar Con Favro və Lui Leterye layihə ilə maraqlanmışdırlar, lakin sonda 2008-ci ildə Co Conston rejissor seçilmişdir. Əsas rolların ifaçıları 2010-cu ilin mart-iyun aylarında müəyyən edilmişdir.
Birinci Fitnə
Birinci Fitnə (Ərəb dünyasında buna əsasən "Osmanın öldürülməsi ilə bağlı parçalanma" deyilir, ərəb. فتنة مقتل عثمان‎, ancaq başqa adlarla da qeyd edilir) — İslam tarixində xəlifə Osmanın evində öldürülməsi ilə başlayan və I Müaviyənin İslam Dövlətinin başçısı olması ilə sona çatan vətəndaş müharibəsi dövrünə verilən ad. Vətəndaş müharibəsinin səbəbi müsəlman icması üzərində hakimiyyətin varisliyi ilə bağlı uzunmüddətli siyasi ziddiyyətlər olmuşdur. Məhəmməd peyğəmbərin vəfatından dərhal sonra onun Mədinədən olan ənsarların Saqifdə toplantısı olur . Mədinə ənsarları öz məclislərində xilafət olmağa haqqlarının olduğunu iddia edərək Səd ibn Ubadəni bu vəzifəyə təyin etmək qərarına gəlir. Bunu eşidən Muğirə ibn Şube Ömər ibn Xəttaba xəbərdarlıq edərək, bu vəziyyətə müdaxilə etməsini istəyir. Mərhum İslam peyğəmbərinin qohumları və səhabələri Əbu Bəkr Siddiq və Ömər ibn Xəttab, altı nəfərin müşayiəti ilə oraya çata bilirlər və onlarla görüşdə yeganə məkkəli Qureyşlilər məhs onlar olurlar. Qureyş və onlardan sonra ənsarlar uzun sürən mübahisədən sonra Əbu Bəkrə beyət edirlər. Bəzi Ənsarlar Əli ibn Əbu Talibin tərəfdarları olduqlarını bildirərək Əbu Bəkrə beyət etməkdən imtina edir. Məkkəlilər öz iradələrini tətbiq etməyə nail olurlar və Əbu Bəkr xəlifə elan edilir (“Allahın Rəsulunun müavini”).